Skip to content
CharmyMovies
Fikrat Aliyev
Directing

Fikrat Aliyev

Фикрет Алиев
Born 12 Dec 1939 in Baku, Azerbaijan SSR, USSR [now Azerbaijan]Died 8 Mar 2016aged 767 credits

Fikrət Əliyev (12 dekabr 1939, Bakı – 8 mart 2016, Bakı) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, ikinci rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi. Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə M. A. Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. O, "Yuxu", "Axırıncı dayanacaq", "Ölüm növbəsi" və s. filmlərdə rejissorluq etmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır. Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur. Oğlu, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat etmişdir.