
Rafik Aliyev
Rafik Aliyev (full name: Aliyev Rafig Hajibaba oglu; November 14, 1949, Merdinli, Garyagin district - April 16, 2020, Baku) was Azerbaijani actor, theater director, People's Artist of the Republic of Azerbaijan (2007), individual pensioner of the President of the Republic of Azerbaijan (2017).
Rafiq Əliyev (tam adı: Əliyev Rafiq Hacıbaba oğlu; 14 noyabr 1949, Merdinli, Qaryagin rayonu – 16 aprel 2020, Bakı) — Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2017). Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olmuşdur. 1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağrılmış və 3 il hərbi xidmət etmişdir. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olunmuş, 1970-cu ildə oranı bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunmuşdur. Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaratmışdır. Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilmişdir. Teatrda işləməklə yanaşı Rafiq Əliyev "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dən çox bədii filmə çəkilmişdir. Rafiq Əliyev televiziyada da gözəl obrazlar yaratmışdır. M.Ə. Rəsulzadə haqqında filmdə Stalin, "Cəza"da Kərim, "İlğım"da Kişi kimi obrazlar buna parlaq misaldır. 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissorluq kimi fəaliyyət göstərir. "İbrus" teatrında "Şirə bənzər", Akademik Milli Dram Teatrında "Hamlet", İstanbul Bələdiyyə Teatrında "Arslana bənzər", Qazax Dövlət Dram Teatrında "Alov" onun bir rejissor, kimi uğurla tamaşaya qoyduğu əsərlərindəndir. Çoxşaxəli yaradıcılıq fəaliyyəti göstərən Rafiq Əliyev həmçinin bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru kimi də çalışmışdır. Rafiq Əliyev Azərbaycanda və xaricdə keçirilən teatr festivallarında da fəal iştirak edir. Rusiya Federasiyasının Omsk şəhərində "Rusiyanı gənc teatrları" adlı I və II Beynəlxalq teatr festivalları, Sankt-Peterburqda keçirilən "Baltika evi" festivalının iştirakçısıdır. Ölkəmizdə keçirilmiş "Boş məkanın dolğunluğu" və "Yeni teatr" festivallarında Təşkilat Komitəsinin sədri olmuşdur. 2004-cü ilin mayından ömrünün sonunadək Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsində çalışmışdır. Bunlardan əlavə, Rafiq Əliyev prodüser kimi də fəaliyyət göstərib. Azərbaycan Teatr xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzi-Laboratoriyasının 2007-ci ildə hazırladığı Qurban Səidin "Əli və Nino" ritual faciəsinin prodüseri olmuşdur. Rafiq Əliyev Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın əməkdar artisti, 2007-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. O, 2005-ci ildə "Humay" ictimai milli mükafatını almışdır. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 16 aprel 2020-ci ildə Bakıda uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Рафик Гаджибаба оглы Алиев - азербайджанский и советский актёр театра и кино, театральный режиссёр, продюсер. Родился в селе Мердинли, Карягинский район, Азербайджанская ССР, СССР. Народный артист Азербайджана (2007). Лауреат Государственной национальной премии Хумай (2005). После окончания школы в 1968 году поступил на факультет культуры и образования Ленинградского государственного института культуры имени Крупской. В 1971-1974 годах проходил службу в Черноморском флоте ВМФ СССР. В 1974 году поступил на факультет музыкальной комедии Азербайджанского государственного института искусств имени М.А. Алиева. С 1976 года - актёр Азербайджанского театр юного зрителя. За 30 лет театральной карьеры создал целый ряд ролей. Снялся в более чем в 20 художественных фильмах, в том числе снятых на киностудии «Азербайджанфильм». С 1994 года работал режиссёром Азербайджанского театр юного зрителя. Помимо театральной и кинематографической деятельности, много лет преподавал, читал лекции в Азербайджанском государственном университете культуры и искусств . В мае 2004 года на конференции Союза театральных деятелей Азербайджана был избран заместителем председателя Союза по творческим делам.
Acting (19)






