Skip to content
CharmyMovies
Nadir Mehdiyev
Camera

Nadir Mehdiyev

Надир Мехтиев
Born 27 Jun 1971 in Baku, Azerbaijan SSR, USSR [now Azerbaijan]55 years19 credits

Nadir Hüseyn oğlu Mehdiyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib (1999). 1990-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Portfoliosunda filmlərlə yanaşı çoxsaylı musiqi klipləri, reklam çarxları mövcuddur. Rusiya istehsalı olan “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev) serialının operatoru olub, epizodik rolda çəkilib. “Dolu” filminə görə “Ən yaxşı operator” nominasiyasında “Qızıl Pəri” mükafatına (2017), “Qızıl göz” Beynəlxalq Festivalında “Ən yaxşı portret” nominasiyasında mükafata layiq görülüb (2009, Tbilisi). Əməkdar mədəniyyət işçisidir (2017). Operator Nadir Mehdiyev rejissor Hüseyn Mehdiyevin oğludur.