Skip to content
CharmyMovies
Mammadkamal Kazimov
Acting

Mammadkamal Kazimov

Məmmədkamal Allahqulu oğlu Kazımov
Born 27 Aug 1929 in Baku, USSR [now Azerbaijan]Died 13 Dec 2005aged 764 credits

Məmmədkamal Allahqulu oğlu Kazımov Bakıda anadan olub. Onun sənət aləminə gəlişi Akademik Milli Dram Teatrında Adil İsgəndərovun rəhbərlik etdiyi dərnəyə üzvlükdən başlayıb. O zaman Adil İsgəndərov ona baxaraq: “Gözlərindən cin yağır, bunda böyük aktyorluq istedadı var” deyib. 1944-cü ildə Dram Teatrına işə qəbul olunub. Burada çalışdığı illərdə teatrın nəzdindəki studiyada oxuyub. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu, həmçinin rejissorluq fakültələrində təhsil alıb. Dram Teatrından başqa Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Tənqid Təbliğ Teatrında, Əhli-Beyt Teatrında tamaşalara quruluş verib. Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub (1983-1988). Xətai adına Mədəniyət Sarayında S.Vurğun adına Xalq Teatrının təşkilatçısı, Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” Teatrının baş rejissoru olub. Ömrünün son 15 ilini Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə həsr edib. Əməkdar mədəniyyət işçisi (1978) Məmmədkamal Kazımov 2005-ci ildə vəfat edib.