
Acting
Ayshad Mammadov
Ayşad Kamal oğlu Məmmədov Mərdəkanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1978-1982). Şəki Dövlət Teatrında (1982-1989), Azərbaycan Dövlət Gənclər Teatrında (1989-2009) çalışıb. İran istehsalı olan “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi) filmində çəkilib. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra Akademik Milli Dram Teatrında çalışıb. Əməkdar artistdir (2000).




