Skip to content
CharmyMovies
Sofa Basirzade
Acting

Sofa Basirzade

Sofya Bəsirzadə · Sofiya Bəsirzadə · Софа Басирзаде · Sofa Bəsirzadə
Born 28 Feb 1918 in Chukan, Kazanskaya guberniya, Soviet RussiaDied 4 Jan 2000aged 818 credits

Sofya Bəsirzadə - Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1974). Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası heyranlıq doğurub. Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 28 fevral 1918-ci ildə Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb və Sofiya xanım azəri türkcəsini mükəmməl öyrənib. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.

Софа или Софья Басир кызы Басирзаде - советская азербайджанская актриса театра и кино. Народная артистка Азербайджанской ССР (1974 год). София Басир кызы Везирова (в замужестве) родилась в татарской семье в деревне Чукан, Казанский уезд, Казанская губерния, Советская Россия. В 1920 году семья переехала в Баку. Начальное образование София получила в школе №3 в Баку. Затем продолжила обучение в средней школе № 134. Будучи ученицей старших классов, стала посещать драматический кружок. В 1936 году поступила в Бакинскую театральную школу. В том же году София начала выступать на сцене в спектаклях Азербайджанского драматического театра. Будучи студенткой третьего курса, она была принята в актерскую труппу в этого театра. София Бесирзаде также снялась во многих художественных фильмах. Последние годы своей жизни она работала в Бакинском муниципальном театре.