
Acting
Niyaz Qasimov
Niyaz İlyas oğlu Qasımov (Niyaz İlyasoğlu) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq mədəni əlaqələr ixtisasında təhsil alıb. Badamdar qəsəbə Mədəniyyət Evində xalq teatrı rejissoru (2008-2009), Gənc Tamaşaçılar Teatrında işləyib. 2010-cu ildən Bakı Uşaq Teatrının aktyorudur. Bədii qiraət müsabiqəsinin qalibi olub, Xalq Teatrlar Müsabiqəsində ən yaxşı kişi roluna görə mükafat alıb (2008). Aktyor Niyaz Qasımov aktrisa Könül Şahbazovanın həyat yoldaşıdır.






