
Acting
Burjali Asgarov
Bürcəli Veysəl oğlu Əsgərov Borçalı bölgəsinin Qasımlı kəndində anadan olub. Azərbaycan Dovlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Rza Təhmasibin kursu, 1952-1956). Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardımçı heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib. Ali təhsilini başa vurandan sonra Akademik Teatrın aktyor truppasına işə götürülüb. 2000-ci ildən həmcinin Cəfər Cabbarlı adına İrəvan Dovlət Azərbaycan Dram Teatrında aktyor işləyib. Əməkdar artist (1982) Bürcəli Əsgərov 2005-ci ildə vəfat edib.

