
Acting
Kamala Mehdiyeva
Kəmalə Teyyub qızı Mehdiyeva
Kəmalə Teyyub qızı Mehdiyeva Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyoru ixtisasında (1986-1990), Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Səhnə danışığı ixtisasının assistenturasında (1991-1993) təhsil alıb. 1993-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında dərs deyir, dosent (2014), Səhnə danışığı kafedrasının müdiridir (2022-ci ildən). “Aktyor yaradıcılığında ifadə vasitələri” mövzusunda dissertasiya müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur (2008). Dərs vəsaitinin, metodik vəsaitinin müəllifidir. 2015-ci ildən həm də Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzinin dosentidir.
