
Acting
Samaya Sadigova
Səmayə Seyfulla qızı Sadıqova Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1977). Təyinatla Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışmağa başlayıb. İlk rolu “Adamın adamı” (Anar) tamaşasında Süsən Sünbül rolu olub. 1995-ci ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Müəyyən səbəblər üzündən 3 il sənətdən uzaqlaşıb. 2001-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. “Oğul” tamaşasındakı ana roluna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb (2004). Əməkdar artistdir.

