Skip to content
CharmyMovies
Roya Aykhan
Acting

Roya Aykhan

Röya Nəcəfova · Röyalə Nəcəfova
Born 14 Jun 1982 in Baku, Azerbaijan SSR, USSR [now Azerbaijan]44 years9 credits

Royala Najafova (Azerbaijani: Röyalə Yaqub qızı Nəcəfova), known as Röya Aykhan or simply Röya, is an Azerbaijani pop singer. She is known for her liberal artistic style.

Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə doğulmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 21 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. Xalq artisti Röya Ayxan nüfuzlu "Pantene Altın Kelebek" mükafatını Azərbaycana gətirən ilk azərbaycanlı ifaçıdır. O, 2017-ci ildə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyasına layiq görülüb. Röya Ayxan sözügedən mükafatı 2020-ci ildə yenidən əldə edərək Azərbaycanın ən parlaq siması seçilib.