
Jabir Imanov
Cabir İmanov (tam adı: İmanov Cabir Qorxmaz oğlu; 22 iyun 1976, Bakı – 29 sentyabr 2025, Səbail rayonu) — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmişdir. DTX Mədəniyyət mərkəzinin rəisi olub. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2020-ci ildə BYJABA Handmade in Azerbaijan brendini yaratmışdır. Brend xüsüsən əl işlərindən ibarət milli üslubda məhsulların istehsalı və satışı ilə məşğul olur. 29 sentyabr 2025-ci ildə ürək tutmasından vəfat etmişdir.
Acting (40)









Writing (3)
Crew (8)




