
Ruslan Aghazadeh
Ruslan Mirsadıq oğlu Ağazadə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinooperatorluq ixtisasında təhsil alıb (2003-2007). Peşəkar fotoqrafiya ilə məşğul olub, 2015-ci ildə “Fərq” adlı üçlük sərgi keçirib, YARAT Müasir İncəsənət Mərkəzinin “Zavod” layihəsində fərdi sərgisi ilə çıxış edib. Gənclər arasında keçirilən “Wallpaper” (Elektron Divar Kağızı) müsabiqəsində 1-ci yerə layiq görülüb (2017). 2011-ci ildən bir çox sənədli, bədii və qısametrajlı filmlərin operatoru olub. Rejissoru olduğu “İnsan” filmi Xorvatiyada keçirilən “Jednominutnih” film festivalında “2.nagrada/award” mükafatına layiq görülüb (2019). “Balaca” filmi ilə “Cəsarətli rejissor işinə görə” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2018). Hazırda operator kimi reklam və klip sahəsində də fəaliyyət göstərir.
